Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Ü.Hacıbəyovun anadan olmasının 128-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

19 sentyabr 2013 | 10:00

  18 sentyabr  2013-cü  il tarixdə saat 18:00 –da Ağcabədi rayonu Ü.Hacıbəyov adına parkda Ü.Hacıbəyovun anadan olmasının 128-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
    Tədbirdə  Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tahir Rzanın və  Aqil Abbasın ,rayonun idarə, müəssisə və təşkilatlarının,  ziyalılarının, gənclərinin , məktəblilərinin iştirakı ilə  2000  nəfər  iştirak etmişdir.
   Tədbir iştirakçıları əvvəlcə dahi bəstəkarın büstü önünə çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
    Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov açaraq  qeyd etmişdir ki, Sentyabrın 18-i  Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Həmin gün sadəcə musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Dahi bəstəkarın doğum gününün qeyd olunması ənənəsi  maestro Niyazi tərəfindən əsası qoyulsada , lakin 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması qərara alınmışdır. Daha sonra natiq  korifey sənətkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi misilsiz töhfələrdən bəhs etmişdir.
    Tədbirdə çıxış edən digər qonaqlar  Ü.Hacıbəyovun çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən danışdılar.
     Bayram tədbirində dahi bəstəkarın əsərləri səsləndirilmişdir. İfa olunan mahnı və romanslar, "Arşın mal alan", "O olmasın, bu olsun" operettalarından parçalar tamaşaçıların qəlbində xoş duyğular oyatmışdır.

Keçidlər