Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının ali məktəblərə qəbul olmuş tələbələrlə görüşü olmuşdur.
05 sentyabr 2012-ci il tarixdə saat 10:00 –da Ağcabədi rayon Mədəniyyət evində Rayon İcra Hakimiyyəti Başçısının ali məktəblərə qəbul olmuş 234 nəfər tələbə ilə görüşü olmuşdur.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Rzayev də iştirak etmişdir.
Tədbirdə 400 –dən yuxarı bal toplayan tələbələrin valideynlərinin, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə 350 nəfər iştirak etmişdir.
Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər.
Sonra tədbir Rayon Mədəniyyət Evində davam etdirilmişdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş, tələbə adını qazanmış hər bir gənci salamladı və onlara qədəm qoyduqları bu yolda uğurlar arzuladı.Rayon rəhbəri onu da qeyd etdi ki, 2012 – cı ildə 2006- cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən,inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğının günü – gündən daha artırılmasından irəli gəlir.
Yekunda rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, yüksək bal toplayıb fərqlənənləri və valideynləri təbrik etmiş, bu gözəl sevincin hər bir ailəyə qismət olmasını, get – gedə daha da çoxalmasını qeyd etmişdir.
Daha sonra M. F. Axundov adına şəhər 3 saylı məktəb liseyin direktoru Tofiq Zeynalov, Qaravəlli kənd tam orta məktəbinin direktoru, “ Yeni Abituriyent” universitetləri hazırlıq kursunun direktoru Şöyüb Səfərov çıxış edərək tələbələri təbrik etdilər və qeyd etdilər ki, onlar tələbə həyatında fəallıqları və təhsilləri ilə Azərbaycan Respublikasına layiq vətəndaş olsunlar.
Yüksək bal toplayan tələbələr Aytən Bağırova, Eltun Sadıqov və Həsənli Sərxanın valideyni İbrahim Həsənov çıxış edərək, bütün tələbələri təbrik etdilər və onlara yeni başladıqları bu yolda uğurlar və nəaliyyətlər arzuladılar.
Yekunda yüksək bal toplayan tələbələrə Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyələr verildi.