Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun – “Milli Qurtuluş günü” münasibətilə Ağcabədi şəhər ümumtəhsil məktəblərində məruzələrə başlanılıb.

07 iyun 2018 | 11:00

     15 iyun – “Milli Qurtuluş günü”  ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. Plana uyğun olaraq 06 iyun 2018-ci il tarixdən etibarən mərkəz əməkdaşları tərəfindən Ağcabədi şəhər tam orta məktəblərində “Qurtuluş günümüz” adlı məruzələrin təşkilinə başlanılıb.
      İlk olaraq  06 iyun 2018-ci il tarixdə mərkəz əməkdaşları Fariz Bünyatov və Rövşanə Əliyeva tərəfindən Ağcabədi şəhər 9 saylı tam orta məktəb və  M. Aranlı adına şəhər 11 saylı tam orta məktəblərində keçirilən məruzələr zamanı bildirilmişdir ki, 1980-ci illərin ortalarından etibarən Sovet İttifaqının daxilində baş verən mürəkkəb və zid¬diy¬yətli proseslərdən istifadə edən Ermənistan SSR Azərbaycan SSR-in daxili işlərinə müdaxilə edərək Azərbaycanın tarixi ərazilərinə qarşı əsassız torpaq iddialarını irəli sür-müşdülər.
     1991-ci il 18 oktyabrda Azərbaycan dövlət müstəqilliyinə tam mənada nail olduqdan sonra da Ermənistan hərbi təcavüzünü daha da genişləndirdi. 1993-cü ilədək bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan xalqı Ermənistanın işğalçılıq siyasətindən əlavə, həmçinin də daxili çəkişmələrdən, vətəndaş müharibəsi təhlükəsindən,  xaosdan,  nəhayət, səriştəsiz iqtidarın özbaşınalığından pessimizmə qapılırdı. Müstəqilliyin elan olunmasından iki il keçməsinə baxmayaraq dövlətlə xalq arasında uçurum getdikcə dərinləşirdi. Belə hallar isə ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyini itirmək təhlükəsinin yaranmasına gətirib çıxarırdı. Ona görə də Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə,15 iyun  Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
    Məruzələr zamanı həmçinin, Dahi Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan xalqının yekdil səsi ilə prezident seçildikdən sonra müstəqilliyimizin qorunub saxlanılması və sonrakı illərdə ölkəmizin inkişafı naminə həyata keçirdiyi işlərdən ətraflı məlumat verilmişdi.
      Qeyd edək ki, mərkəz əməkdaşları tərəfindən məktəblərdə təşkil olunan məruzələr 13 iyun 2018-ci il tarixinədək davam edəcəkdir

Keçidlər