Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonu Avşar kənd 3 saylı ümumi orta məktəbin yeni binasının açılışı olmuşdur.

17 sentyabr 2013 | 10:00

     16 sentyabr  2013-cü  il tarixdə saat 09:00 –da Ağcabədi rayonu Avşar kəndində 320 şagird yerlik Avşar kənd 3 saylı ümumi orta məktəbin yeni binasının  açılışı ilə bağlı tədbir olmuşdur.
   Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə məktəbin şagird və müəllim kollektivini yeni məktəb binasının açılışı münasibəti ilə təbrik etdi.     Sizlərə də bəlli olduğu kimi, Azərbaycan son dövrlər qazandığı uğurlarla, gördüyü işlər öz sözünü dünyada  deyən güclü bir dövlətdir. Azərbaycanın Ulu Öndər Heydər Əliyev tərəfindən uğurla əsası qoyulan  inkişaf strategiyası cənab Prezidentimiz  İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycanın inkişafı  təkcə beynəlxalq arenada deyil, regionlarda aparılan yenidənqurmalarla özünü bürizə verir. Bildirdi ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon rəhbəri qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Məktəblərimizdə əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir təhsil avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bu günümüzün reallığıdır. Bu gün Ağcabədi rayonunda müasir tələblərə cavab verən 13 ədəd yeni məktəb binalarının tikintisi,əsaslı təmiri bu fədakar əməyin bariz nümunəsidir.
     Daha sonra tədbirdə çıxış edən kəndin ağsaqqalları və ziyalıları çıxış edərək bu gün açılışı olan müasir tələblərə cavab verən yeni məktəb binasının bütün ziyalılar üçün xeyirli olmasını və məktəbin müəllim və şagird kollektivinə uğurlar və nailiyyətlər arzulamışdılar. Onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan dövlətinin maddi –mənəvi irsinin təbliğ olunmasında, “ Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini həyata keçirməklə təhsilə, uşaqlarımıza,gənclərimizə hər zaman öz maddi və mənəvi dəstəyini əsirgəməyən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədova minnətdarlıqlarını bildirmişlər.
    Çıxış edən kənd ziyalıları və ağsaqqalları qarşıdan gələn  Prezident seçkisində Heydər Əliyev ideyaları ətrafında sıx birləşəcəklərini bildirdilər.
   Tədbirdə 800 nəfər iştirak etmişdir.

Keçidlər