Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağcabədi rayon MKS-i Ümummilli Liderimiz Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmiş X Kitab Bayramı keçirildi.
Ağcabədi rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin nəzdində olan Ağcabədi rayon MKS-i Ümummilli Liderimiz Heydər Əliyevin 95-ci ildönümünə həsr edilmiş X Kitab Bayramı keçirildi.Tədbir Ağcabədi rayon İcra Hakimiyyətinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başladı.MKS-nin təşkil etdiyi kitab sərgilərinə baxış keçirildikdən sonra Azərbaycan Dövlət Himni səsləndirildi.Tədbirin aparıcısı MKS-in direktor müvini Təranə Məmmədova qeyd etmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş tədbirlərin sırasında ənənəvi Kitab Bayramı mühüm yer tutur.MKS-in direktoru Məhəbbət Əliyeva tədbir iştirakçılarını salamladıqdan sonra ayrı-ayrı bölmələrdə nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat vermiş, keçirilən Kitab bayramının çox əhəmiyyətli olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, bu gün kitabxana sahəsində həyata keçirilən yeni layihələrin nəticəsi olaraq son illərdə kitabxanaya gələn oxucuların sayı xeyli artmışdır. Sonra Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev bayram münasibətilə iştirakçıları təbrik etdi və tədbirin təşkil olunmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirdi.Tədbirdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev, YAP Ağcabədi rayon Təşkilatı aparatının rəhbəri Nazim Bünyadov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Ağcabədi şöbəsinin müdiri Əlizadə Nəcəfov və digər çıxış edənlər əhalinin maarifləndirilməsində və insanların kitaba olan marağının artırılmasında bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu qeyd etdilər.Tədbirdə “N” saylı Hərbi hissənin əsgər və zabitləri, rayon Təhsil şöbəsinin müdiri, YAP Ağcabədi rayon Təşkilatının əməkdaşları, Heydər Əliyev Mərkəzinin direktoru, Regional Mədəniyyət İdarəsinin məsləhətçiləri, Laçın rayon Mərkəzi Kitabxanasının əməkdaşları, 1, 2 və 3 saylı şəhər tam orta məktəbin müəllim kollektivləri, bir sıra yerli yazarlar, Günərzi Qayğı Mərkəzi və 2, 3, 5, 6 saylı uşaq bağçası, körpələr evinin bir qrup əməkdaşları iştirak etmişdir.Ulu Öndər Heydər Əliyev anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş videoçarxlar nümayiş olundu.MKS-in tədbirlərində fəal iştiraklarına görə bir sıra şəxslərə Fəxri fərmanlar təqdim olunduqdan sonra tədbir ədəbi-bədii kompazisiya ilə davam etdirildi