Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.

28 may 2018 | 11:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq silsilə tədbirlərin keçirilirməsi davam edir. 
        “Cümhuriyyət ili” çərçivəsində keçirilən tədbirlərin davamı olaraq 25 may 2018-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyəti və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Meydanında Azərbaycan Xalq Cümhuriyyətinə, dövlət müstəqilliyimizə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti- 100 il” adlı sərgi keçirilmişdir. Sərgidə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən dərnəklərin əl işləri, o cümlədən şəhər məktəblərinin, Ü. Hacıbəyli adına şəhər Uşaq İncəsənət məktəbinin, Ağcabədi Günərzi Qayğı Mərkəzinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin, Dövlət Rəsm Qalareyasının, Ağcabədi Pedaqoji Kollecinin  əl işləri, həmçinin Ağcabədi MKS-nin Cümhuriyyət dövrünü əks etdirən kitab, jurnal, qəzet, jurnalları, Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin Cümhuriyyət dövrünə aid pul əskinazları və digər sənədlər nümayiş etdirilmişdir.
       Sərgi zamanı, həmçinin Ağcabədi Pedaqoji Kollecin tələbələrinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağını əks etdirən fləşmob  təşkil edilmişdir. Fəşmob sakinlərin böyük marağına səbəb olmuşdur.
       Sərgi vətənpərvərlik mövzusunda mahnıların sədası altında saat 18:00-dək davam etmişdir.

Keçidlər