Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Ağcabədi rayonunda vətəndaşları qəbul etdi.

14 sentyabr 2013 | 10:00

13 sentyabr  2013-cü  il tarixdə saat 10:00 –da Ağcabədi rayon prokurorluğunun  inzibati binasında Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Ağcabədi, Ağdam, Tərtər, Yevlax, İmişli, Beyləqan və Füzuli rayonlarında yaşayan vətəndaşlarla qəbul  keçirmişdir.
     İlk öncə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Ağcabədi rayonunda Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etdilər.
   Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədovun verdiyi məlumata görə, Ağcabədi və ətraf rayonlardan gəlmiş 60 nəfərdən çox şikayətçi dinlənilmiş,şikayətlər yerindəcə həll olunmuş və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
   Yekunda qəbula gələn sakinlər bölgələrdə yaratdığı şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər