Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədidə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

25 may 2018 | 11:00

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağcabədidə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.Seminar-müşavirədə rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, bələdiyyə sədrləri, məktəb direktorları, orta ümumtəhsil məktəblərinin psixoloqları və “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, eləcə də din xadimləri iştirak ediblər.İcra başçısı Şahin Məmmədov əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən danışıb. Bildirib ki, ölkəmizdə dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələri dostluq şəraitində yaşayırlar. Dövlətin dinə xüsusi diqqəti və qayğısı nəticəsində bütün dini konfessiyaların nümayəndələri öz ibadətlərini azad şəkildə həyata keçirirlər. Ş.Məmmədov Azərbaycandakı dinlər və icmalar arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.Çıxışında dini radikalizmin təzahürləri barədə də danışan icra başçısı xurafatın bütün cəmiyyət üçün təhlükəli olduğunu vurğulayıb. O, dini radikalizmə qarşı mübarizədə mühüm vasitə olan dini maarifləndirmə prosesində cəmiyyətin bütün təbəqələrinin fəal olmalarının zəruriliyini diqqətə çatdırıb.DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd Azərbaycan xalqının zəngin multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda, dini radikalizm və ekstremizmlə mübarizədir. O deyib ki, dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir. S.Salahlı tolerantlığın radikalizmin qarşısının alınmasında mühüm vasitə olduğunu bildirib. O vurğulayıb ki, dini maarifləndirmə işinin aparılmasında dini icmaların və din xadimlərinin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Komitə sədrinin birinci müavini, həmçinin din xadimlərini gənc nəsli milli mənəvi dəyərlər ruhunda yetişdirməkdə fəal olmağa çağırıb.

Tədbirdə digər çıxış edənlər ölkəmizdə dinə və dindarlara göstərilən diqqət və qayğıdan söz açıblar.

Keçidlər