“Narkomaniya ilə mübarizə”yə dair tədbirlər davam edir.
Bu gün Ağcabədi rayon Hüsülü və Rəncbərlər kənd tam orta məktəblərində Ağcabədi rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə”yə dair tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi-məsul katibi Nicat Axundov, Rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı iştirak etmişdirlər. Tədbir iştirakçıları narkomaniyanın fəsadları haqqında geniş nitq söyləmiş, “Ağ ölüm ” haqqında məktəbli şagirdləri, tədbirdə iştirak edən müəllim kollektivini və valideynləri ətraflı məlumatlandırmışdırlar. Tədbir zamanı məktəblilərlə diskusiyya qurulmuş, onları maraqlandıran suallar cavablanıdırlmışdır.
Əlavə olaraq narkomaniya və onun fəsadlarına aid maraqlı, tərbiyyəvi və ibrətamiz video çarxlar nümayiş etdirilmişdir.
Tədbirlər davam etdirilir.