Ağcabədi gəncləri dövlətin narkomaniyaya qarşı mübarizə siyasətini dəstəkləyir.
“Narkomanlığın qarşısının alınması üzrə profilaktiki tədbirlərin gücləndrilməsinə dair” tədbirlər planının icrası ilə əlaqədar, Ağcabədi rayon İcra Hakimiyyəti (ARİH),Ağcabədi rayon Polis Şöbəsi, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurası,Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Ağcabədi rayon Təhsil şöbəsinin birgə əməkdaşlığı ilə əsasən yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması məqsədi ilə cari ilin may ayında “Narkomaniyaya yox deyirik” “ başlığı altında Ağcabədi rayonunda maarifləndirmə tədbirləri həyata keçirilir.
Ağcabədi rayon Cəmil Quliyev adına Təzəkənd kənd tam orta məktəbində təşkil edilmiş növbəti tədbirdə ARİH yanında Y.Y.Ç. işləri üzrə komissiyanın böyük məsləhətçisi-məsul katibi Nicat Axundov, Rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri,GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı, ARTŞ əməkdaşı Fehruz Rəfiyev mövzu ətrafında çıxışlar edərək, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə videofilm nümayiş olunmuşdur.