Ağcabədi rayonu “Gənclər üçün Təhsil Mərkəzi “Müstəqil Gənclər Qurumunun “Hər kəs təhsildə “ mövzusunda görüşü olmuşdur.
06 sentyabr 2013-cü il tarixdə saat 15:00 –da M. F. Axundov adına Ağcabədi şəhəri 3 saylı məktəb liseyində Bakcell şirkətinin dəstəyi ilə “Gənclər üçün Təhsil Mərkəzi “ Müstəqil Gənclər Qurumu ilə birlikdə “Hər kəs təhsildə “ mövzusunda görüşü olmuşdur.
Görüşdə “Gənclər üçün Təhsil Mərkəzi “ Müstəqil Gənclər Qurumunun icraçı direktoru Fəxrəddin Həsənzadənin və BMT –nin İctimai İnformasiya departamentinin əməkdaşı Zəka Quliyev iştirak etmişdir.
Tədbirin məqsədi BMT-nin İctimai İnformasiya departamentinin(UNDPİ) təşəbbüsü ilə Azərbaycanda Beynəlxalq Savadlılıq Günü qeyd edilməsi və qarşıdan gələn Bilik günü ilə bağlı olmuşdur.
Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov, “Gənclər üçün Təhsil Mərkəzi “ Müstəqil Gənclər Qurumunun icraçı direktoru Fəxrəddin Həsənzadə və BMT –nin İctimai İnformasiya departamentinin əməkdaşı Zəka Quliyev çıxış etmişlər. Görüşdə çıxış edənlər bildirmişlər ki, 8 sentyabr-Beynəlxalq Savadlılıq Günü UNESCO (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) tərəfindən 1965-ci ildə elan olunub. Günün qeyd olunmasında məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. UNESCO həmçinin beynəlxalq ictimaiyyətə savad almağın insan haqqlarından biri olduğunu xatırladır və bütün elmlərin əsası olduğunu vurğulayır.
Tədbirdə daha sonra günün mahiyyəti və BMT-nin təhsil sahəsində gördüyü işlərə dair təqdimatlar olub. Həmçinin məcburi köçkün ailəsindən olan və bu il birinci sinifə qədəm qoyacaq şagirdlərə Bakcell tərəfindən məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə olaraq paylanmışdır. Bundan başqa Ağcabədi rayon gəncləri üçün BMT-nin Minilliyin İnkişaf Məqsədləri mövzusunda seminar keçirilmişdir.
Tədbirin sonunda xatirə şəkili çəkilmişdir.
Görüşdə 80 nəfər iştirak etmişdir.