Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Qiyaməddinli kənd tam orta məktəbində “Narkomaniya ilə mübarizə”yə dair tədbir keçirilmişdir.

22 may 2018 | 11:00

Ağcabədi rayon Aşağı Qiyaməddinli kənd tam orta məktəbində Ağcabədi rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə”yə dair tədbir keçirilmişdir. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın böyük məsləhətçisi-məsul katibi Nicat Axundov, Rayon Polis şöbəsinin  Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Taleh Abbasov, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı iştirak etmişdirlər.  Tədbir iştirakçıları narkomaniyanın fəsadları haqqında geniş nitq söyləmiş, “Ağ ölüm ” haqqında məktəbli şagirdləri, tədbirdə iştirak edən müəllim kollektivini və valideynləri ətraflı məlumatlandırmışdırlar. Tədbir zamanı məktəblilərlə diskusiyya qurulmuş, onları maraqlandıran suallar cavablanıdırlmışdır.  Əlavə olaraq narkomaniya və onun fəsadlarına aid maraqlı, tərbiyyəvi və ibrəıtamiz video çarxlar nümayiş etdirilmişdir.

Keçidlər