Şriftin ölçüsü :

Saytın rəngi :

“Beynəlxalq Muzeylər günü” ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

18 may 2018 | 11:00

18 may 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev “Beynəlxalq muzeylər günü” ilə əlaqədar olaraq “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.Tədbir zamanı öncə Mərkəzin bələdçisi Nurlan Piriyev bildirmişdir ki, bu gün həm də Laçın rayonunun işğalından 26 il ötür. O, işğal nəticəsində dövlətimizə dəyən maddi, mənəvi zərərdən söz açaraq bildirmişdir ki, erməni işğalı nəticəsində bir milyondan artıq vətəndaşımızın hüquqları pozulmuşdur. Natiq həmçinin, qeyd etmişdir ki, 200-ə yaxın tarixi mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar da işğal nəticəsində məhv edilmişdir. Bu,Azərbaycan mədəniyyətinə çox ciddi ziyan vurmuşdur.Sonda 18 may – “Beynəlxalq muzeylər günü” ilə əlaqədar olaraq “Muzeylərin tarixi” adlı sənədli film nümayiş olunmuşdur.

Keçidlər