Taekvondo üzrə uşaq, yeniyetmə və gənclər arasında keçirilən beynəlxalq turnir başa çatdı.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü"nə həsr edilmiş uşaq, yeniyetmə və gənclər arasında beynəlxalq turnir başa çatdı. "Aran" taekvondo klubunun təşkilatçılığı, Ağcabədi rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə keçirilən turnirdə respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo klub və bölmələrindən 630 uşaq, yeniyetmə və gənc taekvondoçu mübarizəyə qatılmışdır. 11-12 may 2018-ci il tarixlərində Ağcabədi Olimpiya İdman Kompleksində Gürcüstanın "Rustavi" taekvondo klubunun da iştirak etdiyi beynəlxalq yarışda döyüşlər " Daedo international" elektron sistemilə keşirilmiş və qaliblərə təşkilatşılar tərəfindən müvafiq diplom və medallar təltif olunmuşdur.Şəxsi mübarizələrdə əldə edilən medal sayına görə RUGİM ilk pilləyə, "Aran" taekvondo klubu ikinci, Sumqayıt Təhsil üçüncü, D.İ.N. İ.C. dördüncü, "Ümid" T.K isə beşinci yerə sahib olub.