Şriftin ölçüsü :

Saytın rəngi :

ADPU-nun Ağcabədi filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XII konfransı keçirildi.

03 may 2018 | 11:00

ADPU-nun Ağcabədi filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XII konfransı keçirildi.
03 may 2018-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin XII konfransı keçirildi. Konfransda filialın professor-müəllim heyəti, elmi tədqiqat işinə cəlb olunmuş tələbələr iştirak edirdi.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Konfransın plenar iclasında filialın direktoru, dosent Mətanət Fərzəliyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin gənclərə həmişə diqqət və qayğı göstərdiyini vurğulayaraq qeyd etdi ki, Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu Öndər dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Heydər Əliyev kursunun siyasi varisi Respublikamızın Prezidenti Cənab İlham Əliyev gənclər siyasətini uğurla davam etdirərək gənclərin ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal rola malik olması üçün optimal şərait yaratmışdır. Ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğı hər bir gəncdən daha fəal, yaxşı vətəndaş olmağı tələb edir.

Tələbə Elmi Cəmiyyətinin üzvlərinin sayının ildən ilə artırıldığını söyləyən tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov konfransda 4 bölmə üzrə 51 məruzənin dinlənəcəyini diqqətə çatdırdı. Daha sonra konfransın gedişatı və strukturu, həmçinin bölmə iclasları haqqında məlumat verdi. Plenar iclasdan sonra, konfrans işini bölmə iclasları ilə davam etdirdi. Konfransda tələbələrin çıxışları dinlənildi.

Qeyd edək ki, 6 saat davam edən konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənildi, fərqlənən tələbələr I, II, və III yerlər olmaqla diplomlarla və kitab hədiyyələrilə rəğbətləndirildi.

Keçidlər