Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq Mərkəz əməkdaşları tərəfindən Ağcabədi şəhər tam orta məktəblərində təşkil olunan mühazirələr davam edir.

04 may 2018 | 11:00

Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq 01 may 2018-ci il tarixindən etibarən Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Ağcabədi şəhər tam orta məktəblərində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” adlı mühazirələr təşkil olunur.

04 may 2018-ci il tarixdə Ş. Hüseynov adına şəhər 2 saylı və M. F. Axundov adına şəhər 3 saylı məktəb-liseyində təşkil olunan mühazirələr zamanı məktəblilərə Ulu Öndərin həyat və fəaliyyəti, bütün sahələrdə həyata keçirdiyi islahatlar, təhsilimizin inkişaf strategiyası və digər məlumatlar verilmişdir. Mühazirələr zamanı həmçinin, Ümummilli Lider Heydər Əliyevin xalq qarşısındakı xidmətlərinin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında ciddi inkişafa təkan verdiyi diqqətə çatdırılıb.

Keçidlər