Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində “Ən uzun saç” adlı əyləncəli müsabiqə keçirilib.

10 may 2018 | 11:00

Ümummilli Liderimiz Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində müxtəlif müsabiqələr keçirilir. 09 may 2018-ci il tarixdə isə Azərbaycan qadınının gözəllik simvolu sayılan uzun saçlı xanımlar arasında müsabiqə keçirildi.

Öncə tədbir iştirakçıları Ümummilli Liderin Mərkəzdəki büstü önünə tər güllər düzərək Onun əziz xatirəsini yad etmişlər.

Tədbiri giriş nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq Mərkəzdə keçirilən tədirlər haqqında ətraflı məlumat verdi.

Daha sonra müsabiqəyə başlanıldı. 17 nəfər uzun saçlı xanımların iştirak etdiyi əyləncəli müsabiqədə 1-ci yer Heydərzadə Nuray Adil qızı, 2-ci yer Həsənova Təzəgül Alim qızı və 3-yer Kərimli Nərmin Vasif qızı olmaqla 3 qalib elan edildi. Qaliblər Heydər Əliyev Mərkəzinin diplomları və qiymətli hədiyyələrlə təltif edildilər.

Tədbirdə həmçinin, Mərkəzin “Rəqs” dərnəyi “Lalələr” rəqsi və şəhər 5 saylı körpələr evi uşaq bağçasının fidanları “Azərbaycan” rəqsi ilə çıxış etdilər.

Sonda iştirakçılarla birlikdə xatirə fotosu çəkildi.

Keçidlər