Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının ali məktəblərə qəbul olmuş tələbələrlə görüşü olmuşdur.

05 sentyabr 2013 | 10:00

 

    04 sentyabr  2013-cü  il tarixdə saat 11:00 –da Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət evində Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun Ali məktəbə qəbul  olmuş 289 nəfər tələbə ilə   görüşü olmuşdur.
  Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Rzayev də iştirak etmişdir.
   Tədbirdə yuxarı bal toplayan tələbələrin valideynlərinin, idarə və müəssisə rəhbərlərinin iştirakı iştirak etmişdir.
   Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, onun xatirəsini yad etdilər. Daha sonra tələbələr Rayon Heydər Əliyev Mərkəzində ekskursiyada oldular və xatirə şəkili çəkdirdilər.  
  Tədbir Rayon Mədəniyyət Evində davam etdirilmişdir.Tədbirdə Milli Məclisinin deputatı Tahir Rzayev,Rayon Təhsil şöbəsinin müdiri Mehdi Əhmədov, M. F. Axundov adına şəhər 3 saylı məktəb liseyin direktoru Tofiq Zeynalov, “ Yeni Abituriyent” universitetləri hazırlıq kursunun direktoru Şöyüb Səfərov, şəhər 3 saylı məktəb liseyin məzunu olan, 640 bal toplayan Bədəlova Aytacın valideyni Xəyyam Bədəlov  və şəhər 4 saylı məktəbin məzunu olan, 686 al toplayan Sevinc Vəliyeva çıxış edərək tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi və onların valideynlərini  təbrik etdilər, onlara  yeni başladıqları bu yolda uğurlar və nəaliyyətlər arzuladılar və qeyd etdilər ki, onlar tələbə həyatında fəallıqları və təhsilləri ilə Azərbaycan Respublikasına layiq vətəndaş olsunlar.
   Yekunda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov ilk öncə respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuş, tələbə adını qazanmış hər bir gənci salamladı və onlara qədəm qoyduqları bu yolda uğurlar arzuladı. Rayon rəhbəri onu da qeyd etdi ki, 2013 – cü ildə 2006- cı ilə nisbətən ali məktəblərə qəbul sayının artması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən,inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan siz gənclərə diqqət və qayğının günü – gündən daha artırılmasından irəli gəlir.
     Rayon rəhbəri bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 avqust 2013- cü il tarixli rayonumuza səfəri və görülən işlərlə bağlı yüksək mövqedə olması bizləri həm sevindirdi, həm də bizlərin məsuliyyətini daha da artırdı.
    Yekunda rayon rəhbəri bir daha tələbə adını qazanmış gəncləri, yüksək bal toplayıb fərqlənənləri və valideynləri təbrik etmiş, bu gözəl sevincin hər bir ailəyə qismət olmasını, get – gedə daha da çoxalmasını qeyd etmişdir.
    Tədbirin yekununda 600- 700 arası  bal toplayan 11 nəfər tələbəyə  Rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı və hədiyyəsi, 500- 600 arası bal toplayan tələbələrə  isə Rayon İcra Hakimiyyəti Başçısının hədiyyələri təqdim olunmuşdur.

     .

Keçidlər