Şriftin ölçüsü :

Saytın rəngi :

TQDK –nın Ağcabədi rayonunda yerləşən Regional bölməsinin inzibati binasının açılışı olmuşdur.

03 sentyabr 2013 | 10:00


    03 sentyabr   2013-cü  il tarixdə saat 10:00 –da Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ağcabədi rayonunda yerləşən Regional bölməsinin inzibati binasının açılışı olmuşdur.
    Açılış mərasimində  TQDK –nın  sədri Məleykə Abbaszadə, komissiyanın əməkdaşları, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayon ictimaiyyəti və KİV – nin nümayəndələri iştirak etmişdir.
     TQDK –nın sədri Məleykə Abbaszadə, həmçinin Ağcabədi və ətraf rayonların pedaqoji  ictimaiyyətinin nümayəndələri ilə  görüş keçirmişdir. Məleykə Abbaszadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012- ci ildə Komissiyanın yeni 3 regional bölməsinin yaradıldığını xatırladaraq, bununlada regional bölmələrinin sayının 8- ə çatdığını bildirmişdir. Cari ildə bütün ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları həmin regional bölmələrin yerləşdiyi şəhərlərdə, o cümlədən Ağcabədi  rayonunda keçirilmişdir.
    TQDK  sədri bu  zonada yaşayan müəllimlərin, ekspertlərin ümumilikdə pedoqoji ictimaiyyətin komissiya ilə sıx əməkdaşlıqda olmasını və gedən elmi – metodiki proseslərdə fəal iştirak etməklərini arzuladığını bildirmişdir.
    Yekunda  TQDK –nın sədri Məleykə Abbaszadə görüş iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.

Keçidlər