Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir.

30 aprel 2018 | 11:00

30 aprel 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində iki gəncin – Ağcabədi şəhər sakini, 03.08.1992-ci il təvəllüdlü Bəşirov Aydın Eldar oğlu ilə Ağcabədi rayon Cəfərbəyli kənd sakini, 05.02.1999-cu il təvəllüdlü Şükürova Aysən Ayaz qızının nikah mərasimi keçirilmişdir. Nikah mərasimində gənclərin yaxınları, rayon icra hakimiyyətinin nümayəndələri, nikah şöbəsinin və Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak etmişlər.

Nikah mərasimindən öncə gənc cütlüklər Ulu Öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin qarşısında ucaldılmış əzəmətli abidəsini ziyarət edərək, önünə tər çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.

Daha sonra gənclərin nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Gənc cütlük öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.

Mərasim iştirakçıları ölkəmizdə gənc ailələrə göstərilən dövlət qayğısından söhbət açaraq bildirmişlər ki, Ulu Öndər həmişə ailəni dövlətin vacib elementi hesab edirdi və ailə dəyərlərinə böyük önəm verirdi. Ümummilli Liderin siyasi kursunu layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gənc ailələrə daim böyük qayğı göstərir və ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirir.

Sonra nikah aktının imzalanması mərasimi olmuşdur.

Yekunda yeni ailə quran gənclərə qiymətli hədiyyələr təqdim olunmuş və onlarla birlikdə xatirə fotosu çəkilmişdir.

Keçidlər