Mina qurbanları İctimai Birliyinin və 6 saylı məktəbin təşəbbüsü ilə Ağcabədi şəhər 6 saylı tam orta məktəbdə şəhid Oktay Kazımovla bağlı tədbir keçirilimişdir.
27.04.2018-ci il tarixində Mina qurbanları İctimai Birliyinin və 6 saylı məktəbin təşəbbüsü ilə Ağcabədi şəhər 6 saylı tam orta məktəbdə şəhid Oktay Kazımovla bağlı tədbir keçirilimişdir. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, Mina Qurbanları ictimai Birliyinin sədri Məmmədhəsən Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti Ağcabədi rayon Şöbəsinin zabiti Əliyev Kamran, ARİH- nin İctimai Siyasi Hümanitar Məsələlər üzrə sədr müavini Təyyar Hacıyev və rayon qaziləri iştirak etmişlərdir.
Tədbir rayon Şəhidlər Xiyabanını ziyarət etməklə başlamışdır.
Tədbirin rəsmi hissəsi Azərbaycan Dövlət himni ilə acıq elan olunmuşdur. Daha sonra şəhid Oktay Kazımov bir dəqiqəlik sükütla yad edilmişdir.
Məktəbin direktoru Nərminə Əkbərova çıxış edərək bildirdi ki,keçirdiyimiz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhramanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.
Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq.
Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər.
Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
Daha sonra tədbirin qonaqları, Məmmədhəsən Həsənov, Təyyar Hacıyev, Kamran Əliyev, Məktəbin müəllimi Əli Bədəlov, şəhidin qardaşı Eldəniz Kazımov və qazilərimiz cıxış etmişlərdir.
Təbbirin sonunda məktəbin şagirdlərinin şəhidlərlə bağlı şeirləri dinlənildi.
Tədbir sonunda çay süfrəsi arxasında sona çatdı.