Ağcabədi rayonunda akademik Zərifə Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
26 aprel 2018-ci il tarixdə saat 11:00 –da Ağcabədi rayon Mərkəzi xəstəxanasında Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın 95 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon Mərkəzi xəstəxanasının baş həkimi Rəhbər Əzizov akademik Zərifə Əliyevanın zəngin həyat və fəaliyyəti haqqında çıxış edərək ətraflı məlumat vermişdir. Daha sonra xəstəxananın həkimi Ülviyyə Məmmədova məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Zərifə xanım Əliyevanın elmi əsərləri, tədqiqatları yenə də aktualdır və onun XX əsrin ortalarında ölkədə yayılan traxoma xəstəliyinin qarşısının alınmasında göstərdiyi əvəzsiz xidmətlər tibb elminin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın tələbələri olmuş digər çıxış edən həkimlər görkəmli akademik, gözəl ana, qayğıkeş , böyük insan olan Zərifə xanım Əliyeva ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşdülər.
Yekunda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva və YAP Ağcabədi Rayon Təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova görkəmli alim Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən bəhs etmişlər.