Ağcabədi rayonunda Çernobl əlilləri ilə görüş keçirildi.
26 aprel 2018-ci il tarixdə Ağcabədi rayonunda Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilmişdir.
Görüşdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev çıxış edərək hadisənin yaratdığı fəsadlardan söhbət açmışdır.
Qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ilk imzaladığı sənədlərdən biri 1993-cü il dekabrın 6-da “Çernobıl iştirakçılarının sosial müdafiəsi haqqında” Qanun olmuşdur. Bu, Çernobıl iştirakçılarına göstərilən diqqət və qayğının təzahürü olmaqla, həmin insanlara xeyli güzəştlərin tətbiqinə imkan yaratmışdır.
Bildirilmişdir ki, Azərbaycan dövləti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü rəhbərliyi sayəsində gündən-günə inkişaf edir, qüdrətlənir və sözsüz ki, dövlətimizin maliyyə imkanları artdıqca əhalinin sosial müdafiəsi tədbirləri də genişlənir. Bu tədbirlərdə Çernobıl iştirakçıları o cümlədən də Ağcabədi rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar da unudulmurlar.
Tədbirin sonunda görüş iştirakçılarına yardımlar edilmişdir.
Çernobıl əlilləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmişlər.