Şriftin ölçüsü :

Saytın rəngi :

Dahi Lider Heydər Əliyev Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq Laçın rayon məktəbliləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

24 aprel 2018 | 11:00

Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində silsilə tədbirlərə başlanılıb. Təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 24 aprel 2018-ci il tarixdə Laçın rayon 37 saylı məktəbin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Ulu Öndərin Heydər Əliyev Meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət edən məktəblilər önünə tər-çiçək dəstələri qoyub, Onun əziz xatirəsini yad etdilər.
        Sonra Mərkəzə ekskursiya edən məktəblilər əvvəlcə foyedə Dahi    Liderimizin fəaliyyətini əks etdirən kitab, jurnalların sərgisi və  Mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri ilə tanış oldular. Ekspozisiya zalında şagirdlərə Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti haqqında eksponatlar əsasında geniş, dolğun məlumat verildi.
        Qeyd edək ki, Laçın rayon məktəblilərinin ekskursiyası 04 may 2018-ci il tarixədək davam edəcəkdir.

Keçidlər