Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əlfi Məmmədovun 25-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

24 aprel 2018 | 11:00

Ağcabədi rayonu Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində şəhid Əlfi Məmmədovun 25-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Müəllimlər, şagirdlər, eləcə də şəhidin ailə üzvləri və kənd sakinləri şəhidin məzarını ziyarət etmiş, əklil qoyulmuş, şagirdlər şəhidimiz haqqında şeirlər söyləmişlər. O cümlədən kənd sakinləri şəhidin keçdiyi həyat yoluna nəzər salıblar. Daha sonra onun adını daşıyan məktəbdə şəhidin 25-ci il dönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Əlfi Məmmədovun qəhrəmanlıq yolu xatırlanıb və tədbir məktəblilərin şəhidlərə həsr olunan şeirləri ilə davam etdirilib

Keçidlər