Ağcabədi rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.
Hazırda şəhərin H.Əliyev prospektində abadlıq işləri davam etdirilir, səkilərdə təmir-bərpa işləri aparılaraq 800 m2 tamet, 280 pm bardür düzülmüşdür. Şəhərin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, İsmət Qayıbov, və Nəsimi küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılmış, binaların kürsü hissələri 2000 m2 ağlay tavalarla üzlənmiş, 5000 p/m kürsü karnizi, həşiyə vurulmuş, 800 m2 hörgü, 1000 m2 suvaq işləri aparılmış, 600 m2 plastik pəncərə bloku quraşdırılmışdır.Rayon ərazisində sahəsi 34 ha, ümumi tikintialtı sahəsi 2345,9 m2 olan atçılıq kompleksində, şəhərin Üzeyir Hacıbəyli prospektində ümumi sahəsi 484 m2 olan ikimərtəbəli rayon Sukanal idarəsinin inzibati binası, şəhər 2 saylı 100 yerlik zirzəmili, mansardlı, ikimərtəbəli Körpələr evi-uşaq bağçasının, şəhərin Səməd Vurğun küçəsində 2,5 ha sahədə müasir üslubda layihə əsasında avtovağzal kompleksinin tikintisi, şəhərin 7 saylı Körpələr evi-uşaq bağçasının əsaslı təmiri aparılır.
2018-ci təsərrüfat ili üçün 23578 hektar sahədə buğda, 2662 hektar sahədə arpa əkilmişdir.
2018-ci ildə ipək qurdu saxlanması üçün rayonda müvcud olan çəkil ağacları budanmışdır. Bununla yanaşı çəkil ağaclarının artırılması üçün rayonun bütün kəndlərində tut toxumları əkilmiş və hazırda becərilir. Ötən il Çin Xalq Respublikasından gətirilmiş 55 min, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 80 min ədəd tut tingləri aqrotexniki qaydalara uyğun olaraq becərilir.
2018-ci il üçün rayonda 10050 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulmuşdur, hal hazıradək 1815 nəfər pambıq istehsalçıları tərəfindən 10070 hektar sahədə pambıq əkilməsi üçün pambıq emalı və tədarükü məntəqələri ilə müqavilələr bağlanılmışdır. Bağlanılmış müqavilələrin 4486 hektarı 690 nəfər istehsalçı tərəfindən “MKT” MMC-nin Ağcabədi filialı ilə, 1083 hektarı 372 nəfər istehsalçı tərəfindən “Ağcabədi Rayon Kənd Təsərrüfatı” MMC ilə, 4508 hektarı 789 nəfər istehsalçı tərəfindən “Azərpambıq” MMC-nin Ağcabədi filialı ilə bağlanmışdır.
Bu günə qədər 4060 hektar sahədə çiyid səpiilmiş, hazırda işlər davam etdirilir
Çıxışlarda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların aradan qaldırılması yollarından və 2018-ci ildə görüləcək işlərdən danışılıb.