Ağcabədi Olimpiya İdman Kompleksində “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin zona yarışları keçirilmişdir.
16 aprel 2018 | 11:00
12-16 aprel 2018-ci il tarixlərdə Ağcabədi Olimpiya İdman Kompleksində 2005-2006-cı il təvəllüdlü futbolçular arasında “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin zona yarışları keçirilmişdir.Yarışda 5 komanda:Gəncə, Şəmkir, Mingəçevir, Bərdə və Astara rayon (şəhər) komandaları mübarizə aparmışdır.
Yekunda Mingəçevir şəhər komandası I yer, Astara rayon komandası isə II yerləri tutaraq “Sevinc” kuboku uğrunda ölkə birinciliyinin final mərhələsinə vəsiqə qazanmışdırlar.