Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda keçirilən müşavirədə pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili müzakirə edildi

13 aprel 2018 | 11:00

13 aprel 2018-ci il saat 11:00-da Ağcabədi rayon Mədəniyyət Mərkəzində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixində Bərdə rayonunda “Pambıqçılığın inkişafı məsələlərinə dair Respublika müşavirəsindəki” tapşırıqların icrası ilə bağlı rayon müşavirəsi keçirildi.Tədbirdə  Ağcabədi  Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov, Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev iştirak etmişdir.Müşavirəyə rayon ərazisində pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri və fermerlər, aidiyyəti qurumların rəhbərləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri dəvət olunmuşdur.
Yığıncaqda  əkin zamanı yaranan bəzi çətinliklər və həlli yolları müzakirə edilərək  qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirildi.

Keçidlər