Ağcabədi rayon Heydər Əliyev Meydanında «İlhamla İrəli!» adlı konsert proqramı qeyd edildi
Aprelin 11-də keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq seçki marafonunun qalibi olub. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon Təşkilatının təşkilatçılığı ilə Ağcabədi sakinləri cənab İlham Əliyevin bu parlaq qələbəsini Ağcabədi rayon Heydər Əliyev Maydanında «İlhamla İrəli!» möhtəşəm konsert proqramı ilə qeyd ediblər.
Nəticələr elan edildikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov xoş xəbəri tədbir iştirakçılarına çatdırıb və bu möhtəşəm qələbəni tarixi gün adlandırıb. O əmin olduğunu bildirib ki, qarşıdakı 7 il ərzində ölkəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlərə imza atacaq.
Natiq Cənab İlham Əliyev sözün həqiqi mənasında görkəmli dövlət xadimi kimi ölkəyə rəhbərlik etməyin şərəfini də, məsuliyyətini də özünün əməli fəaliyyətində uğurla birləşdirdiyini qeyd etdi. O, ölkə başçısının müstəqil Azərbaycan dövlətini həm mükəmməl şəkildə idarə etdiyini, həm də istənilən mötəbər məqamda ölkəsini və xalqını təmsil etmək vəzifəsini bacarıqla gerçəkləşdirdiyini bildirdi. Tədbir möhtəşəm konsert proqramı ilə davam edib.
Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq oldu.