Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

29 mart 2018 | 11:00

“31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü”nün 100-cü ildönümü ilə əlaqədar olaraq 29 mart 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında Heydər Əliyev Mərkəzi və Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilmişdir.

    N saylı hərbi hissənin əsgər və zabit heyətinin, Ağcabədi rayon İcra Hakimiyyəti və Ağcabədi rayon Gənclər və İdman İdarəsinin, Ağcabədi Pedaqoji Kollecinin və Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının iştirak etdiyi anım tədbirini giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa tarix boyu soydaşlarımıza qarşı törədilmiş kütləvi qətillər və soyqırımı aktları haqqında məlumat verərək bildirmişdir ki,  1918-ci ilin mart – aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilər tərəfindən törədilmiş qətl və qırğınlar tariximizin ağrılı və faciəli səhifələrindən biridir. 1918-ci ilin soyqırımı faktları ilə bağlı həqiqətlər uzun illər saxtalaşdırılıb dünya ictimaiyyətindən gizlədilsə də, müstəqilliyimizin bərpasının ardından Ümummilli Lider Heydər Əliyevin mart soyqırımının 80-ci ildönümü ərəfəsində imzaladığı fərmandan sonra uzun illər təhrif olunmuş faktlar və həqiqətlər ortaya çıxarılıb, özünün əsl qiymətini alıb.

      Daha sonra Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış və ermənilərin soydaşlarımıza qarşı törətdiyi soyqırımları özündə əks etdirən sənədli film nümayiş olundu.
      Heydər Əliyev Mərkəzinin bələdçisi Nurlan Piriyev, Ağcabədi Pedaqoji Kollecin tarix müəllimi Bəxtiyar Əliyev, N saylı hərbi hissənin əsgərləri Məzahir Əbilov və Mirhəmid Qurbanov, Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova çıxış edərək 1918-ci ilin mart hadisələrinin tarixi kökləri, xarakteri və miqyası haqqında ətraflı məlumat verərək bildirmişlər ki, soyqırım hadisələrinin unudulmaması, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə təbliği istiqamətində gənclərin rolu danılmazdır. Çıxışlar zamanı o da vurğulanmışdır ki, bu faciələr mütləq xatırlanmalı,amma bizdə ruh düşkünlüyü yaratmamalı, əksinə  hər zaman qələbə ruhu, qələbə əzmi ilə yaşamalıyıq.
     Sonda N saylı hərbi hissənin əsgərlərinin ifasında qələbəyə inam aşılayan musiqi səsləndirildi.

Keçidlər