Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Ölkə Prezidentinin nitqindən irəli gələn vəzifələrin Ağcabədi rayonunda icrasına dair müşavirə keçirilib

28 mart 2018 | 11:00

Yığıncaqda Ağcabədi  Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Millət vəkili Tahir Rzayev ,aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH Başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, pambıqçılıq fəaliyyəti ilə məşğul olan təsərrüfat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Tədbirdə Ağcabədi  Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov  çıxış edərək bildirdi ki, 2018-ci il 26 mart tarixdə Bərdə rayonunda Cənab İlham Əliyevin Sədrliyi ilə pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirildi. Müşavirədə Ölkə Prezidenti Respublikamızda pambıqçılığın inkişafı ilə əlaqədar bütün adiyyatı təşkilatlar qarşısında ciddi vəzifələr qoyaraq öz tövsiyyə və tapşırıqlarını verdi.Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən cənab Prezident qeyd etdi ki,Ulu Öndər Respublikaya rəhbərlik etdiyi 1970-ci illərdə bu sahənin inkişafına böyük önəm verərək, pambıqçılığa və pambıqçılara xüsusi qayğı ilə yanaşırdı. Ölkə Prezidenti Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, pambığın da ixracyönümlü məhsul olduğunu və bu sahənin ciddi inkişaf etdiriləcəyini bildirdi..Cənab Prezident pambıqçılığın inkişafına böyük vəsait sərf olunduğunu, operativ olaraq bütün lazımi tədbirlərin görüldüyünü, suvarma ilə, elektrik enerjisi ilə bağlı tədbirlərin görüldüyünü, yeni pambıqyığan kombaynlar, yüzlərlə adda kənd təsərrüfatı texnikasının alınıb ölkəyə gətirildiyini qeyd etdi. Pambıqçılığın maddi texniki bazasını möhkəmləndirmək üçün əlavə səpin və becərmə texnikaları alınmışdır. Səpinin optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci on günlüyündə başlanması və iyirmi iş günü müddətində başa çatdırılması üçün hazırlıq tədbirləri görülmüşdür.İstehsalçılar hər hektardan 20 sentiner məhsul götürülməsini qarşılarına məqsəd qoymuşlar.
Yığıncaqda Ağcabədi  rayon  fermerləri çıxış edərək görülən işlərdən danışdılar, əkin zamanı yaranan bəzi çətinliklər və həlli yolları müzakirə edildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev  çıxış etdi.
Yığıncaqda qarşıda duran konkret və təxirəsalınmaz vəzifələr müəyyənləşdirildi.

Keçidlər