Şriftin ölçüsü :

Saytın rəngi :

15 sentyabr – Bilik günü münasibəti ilə Ağcabədi rayonunda yeni məktəb binalarının açılışı

16 sentyabr 2012 | 10:00

15 sentyabr 2012-ci il tarixdə saat 08:30 –da Ağcabədi rayonu M.F.Axundov adına şəhər 3 saylı məktəb liseyin, Şərəfxanlı , Qaraxanlı kənd tam orta məktəblərinin, O.Mirzəyev adına Aran kənd 2 saylı ümumi orta məktəbin yeni binasının və M.Əsədov adına şəhər 5 saylı tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılışı olmuşdur.
Açılış mərasimində Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Milli Məclisin deputatları Tahir Rzayev və Aqil Abbas iştirak etmişdir.
Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Milli Məclisinin deputatları Tahir Rzayev və Aqil Abbas çıxış edərək ilk öncə məktəbin müəllim və şagird kollektivini 15 Sentyabr – Bilik günü münasibəti ilə təbrik etdilər, yeni başlanan dərs ilində uğurlar və nailiyyətlər arzuladılar və bildirdilər ki, bu gün açılışı olan müasir tələblərə cavab verən yeni məktəb binalarının ümumiyyətlə bütün ziyalılar üçün xeyirli olmasını dilədilər.
Yekunda natiqlər hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından , həm də məktəbin müəllim və şagird kollektivi adından dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirdə 620 nəfər iştirak etmişdir.
 

Keçidlər