Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.

17 mart 2018 | 11:00

17 mart 2018-ci il tarixində Ağcabədi rayonu,Heydər Əliyev mərkəzində Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi və Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün Novruz bayramı münasibətilə tədbir keçirilmişdir.

Tədbiri GTM Qarabağ ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı açaraq tədbir iştirakçılarının bayram münasibəti ilə təbrik edərək,qeyd etmişdir ki,tarixi qədim olan Növruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir.Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi,adət-ənənələrimizi özündə yaşadan Növruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi,onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.Novruz başdan-başa ruh yüksəkliyi,əmək coşğunluğu,torpağa,insana məhəbbət bayramıdır.

Tədbirdə ARİH ictimai-siyasi və humanitar şöbənin müdir müavini Təyyar Hacıyev,Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının əməkdaşları Mehman Novruzov,Rami Nağıyev,Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva,N saylı hərbi hissənin zabit və əsgərləri çıxış edərək,Novruz bayramı münasibətilə uşaqları təbrik ediblər.

Tədbirdə Kosa və keçəlin gəlişi,folklor qrupunun Novruz adət-ənənələrindən ibarət çıxışı və balaca fidanların ifasında təqdim edilən musiqi,səhnə,rəqs nömrələri tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Tədbir GTM Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzinin balaca fidanlarının hazırladığı maraqlı musiqili bayram proqramı ilə davam etmişdir.

Keçidlər