Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

13 mart 2018 | 11:00

Tədbir Azərbaycan himni ilə acıq elan edilən tədbirdə hərbçi,şəhid ailələri,məcburi köçkünlər qadınlar və rayon ictimaiyyəti iştirak edib.
     Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova bildirib ki, ümummilli lider Heydər Əliyevin qadın və cəmiyyət siyasətində qadına diqqət və qayğı hər zaman mühüm bir istiqamət kimi göstərilmişdir. Həmin siyasət bu gün Ölkə Başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görmüşlər. Dövlət quruculuğunun bütün sahələrində səylə çalışan və uğurlar qazanan qadınlarımız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, elmin, mədəniyyətin, ədəbiyyatın inkişaf etdirilməsində böyük xidmətlər göstərmişlər. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, biz bu gün fəxrlə bildiririk ki,qadınlarımız həmişə öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirərək ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçıları olublar. Rayonumuzun qadınları tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini deyir və milli maraqlara söykənən mövqelərini nümayiş etdirirlər. Bu ənənə bu gün də davam etdirilir və qadınlar böyük qüvvə olduqlarını əməli işləri ilə sübut edirlər.
    Daha sonra  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov,N saylı hərbi hissənin əsgəri Qurbanov Mirhəmid, şəhid ailəsi Dilbər Kərimova, YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov çıxış edərək 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik ediblər. Onlar bildirib ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir: “Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Bu gün cəmiyyəti qadınsız təsəvvür etmək mümkün deyil”.Eyni zamanda o da vurğulanıb ki, Şərqdə ilk dəfə səsvermə hüququ qazanmış Azərbaycan qadını bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir: “Bizlər bunu Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının Sədr müavini, millət vəkili, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətində görməkdəyik. Bu gün hər bir azərbaycanlı qadını Onun bu fəaliyətindən örnək götürür, Vətəninə, dövlətinə layiqli vətəndaş kimi xidmət etməyə çalışır”.
    Tədbirdə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin könüllülərinin Üzeyir  Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin müəllimlərinin, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər İncəsənət məktəbinin şagirdlərinin,N saylı hərbi hissənin əsgərlərinin ifasında maraqlı musiqili proqramıyla davam etmişdir

Keçidlər