Novruz bayramı münasibətilə Ağcabədi şəhərinin mərkəzi stadionunda bayram satış yarmarkası təşkil edilib.
10.03.2018-ci il tarixdə Ağcabədi Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək, həmçinin süni qiymət artımının qarşısını almaq məqsədi daşıyır.Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Rayonun yaşayış məntəqələrindən gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri bazar qiymətindən orta hesabla 20-40 faiz ucuz satılıb. Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.