Ağcabədi rayonunda “05 mart – Bədən tərbiyəsi və İdman günü”nə həsr olunmuş tədbir keçirilmişdir
05 mart 2018 | 11:00
Tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva giriş sözü ilə açaraq 4 mart 2005 – ci il tarixdə Azərbaycan Respublika-sının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il 5 mart tarixinin Azərbaycanda Bədən tərbiyəsi və idman günü kimi qeyd edildiyini diqqətə çatdırmış və bu gün münasibəti ilə rayonun idman ictimaiyyətini səmimi qəlbdən təbrik etmişdir.
Tədbirdə beynəlxalq yarışlarda və Azərbaycan çempionatlarında uğurlu nəticələr əldə etmiş idmançılar, rayonda fəaliyyət göstərən ayrı-ayrı idman növləri üzrə məşqçi müəllimlər , bədən tərbiyəsi müəllimləri iştirak etmişlər