Şriftin ölçüsü :

Saytın rəngi :

“Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin növbəti məşğələsi keçirildi.

03 mart 2018 | 11:00

02 mart 2018-ci il tarixdə Mərkəzimizdə fəaliyət fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyinin növbəti məşğələsi keçirildi. Kurs zamanı ümumrayon tədbirlərində təqdim olunan ədəbi-bədii şeir kompozisiyalarında, eləcə də rayon ərazisində yerləşən hərbi hissələrdə keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə kursun 5 üzvü - Məmmədov Heydər Vüsal oğlu, Quliyev Elgün Ramiz oğlu, Səfərova Mətanət Söhbət qızı, Ağayeva Vəfa Mustafa qızı və Xəlilova Elminaz İlham qızı - Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən fəxri fərmanla təltif olunublar. Təltifetmə mərasimində iştirak edənlər Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva və kursun rəhbəri Gündüz Nəcəfov çıxış edərək kurs üzvlərini təbrik etmiş və onlara bundan sonrakı fəaliyyətində  uğurlar arzulamışdır.
Daha sonra kurs öz işini davam etdirmişdir.

Keçidlər