Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ağcabədi Pedoqoji Kollecində ilk dəfə səsverən gənclərlə görüş keçirildi

03 yanvar 2018 | 11:00

01.03.2018 – ci il tarixində Ağcabədi Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ağcabədi Pedoqoji Kollecində  ilk dəfə səsverən gənclərlə görüş keçirilimişdir. Toplantıda Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov , 82 saylı Ağcabədi seçki dairəsinin katibi Sadiq Həsənov , rayonun ictimai-siyasi həyatında fəal iştirak edən Tərəqqi medalı ilə təltif edilmiş I qrup əlil Ramil Nağıyev, Ağcabədi Rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov, Ağcabədi Pedoqoji Kollecinin şöbə müdiri Şahin Rəhimov və 102 nəfər ilk dəfə səs verəcək gənclər iştirak etmişdir.Toplantını giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman idarəsinin rəis müavini Eldəniz Qənbərov gəncləri səsvermə haqqında maarifləndirdi və hal-hazırda gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını, qarşıdan gələn seçkilərdə cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin iştirakının əhəmiyyətli olduğunu qeyd edərək hər bir kəsin seçki hüququndan istifadə edərək öz seçimlərini etməli olduğunu vurğuladı.Daha sonra çıxış edən digər qonaqlar da seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı danışdılar. Bildirildi ki, ölkəmizdə seçki sistemi daha da təkmilləşdirilərək seçicilərin səsvermə hüquqları tam təmin olunub. Seçkinin vacib məsələ olduğunu bir daha vurğulayan qonaqlar, seçki günü bütün gəncləri seçkidə iştirak etməyə və layiqli namizədə səs verməyə dəvət etdilər.

Keçidlər