Ağcabədi Pedoqoji Kollecində Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.
26 fevral 2018 | 11:00
23 Fevral 2018-ci il tarixdə Ağcabədi Pedoqoji kollecində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir .
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini Naibə Mustafayeva,Ağcabədi Pedoqoji Kollecinin direktor müavini Rövşən Bayramov və digər çıxışçılar çıxış edərək ermənilərin zaman -zaman Azərbaycan torpaqlarında , eləcədə Xocalıda törətdikləri İnsanlığa sığmayan vəhşiliklərindən ətraflı söz açdılar .Sonda tələbələrin ifasında ədəbi-bədii kompazisiya dinlənildi.