Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.
26 fevral 2018-ci il tarixdə saat 15:30-da Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı və “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.Tədbirdə YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatının təlimatçısı Mehman Novruzov , N-saylı hərbi hissənin zabit və əsgərləri ermənilərin törətdikləri vəhşiliklərdən söz açaraq bildimişlər ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də soyqırımına obyektiv qiymət verilməsi istiqamətində Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu işdə hər bir Azərbaycan vətəndaşı fəal olmalı, öz üzərinə düşən vəzifəni dərk edərək layiqincə yerinə yetirməlidir.Tədbirdə N-saylı hərbi hissənin əsgərləri ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.Tədbirin sonunda Xocalı Soyqırımına həsr olunmuş film nümayiş etdirilmişdir. Saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.