Ağcabədi rayonunda 26 Fevral – Xocalı faciəsinin 26 -cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
26 fevral 2018 - ci il tarixdə saat 10:30 -da Ağcabədi rayonunda 26 Fevral – Xocalı faciəsinin 26 -cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Əvvəlcə anım mərasimində Şəhidlər Xiyabanında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur.
Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovbildirdi ki,XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.Natiq vurğuladı ki,bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Xocalı soyqırımının xatirəsinə 6 ölkədə 9-dan çox abidələr ucaldılıb.Azərbaycanda Xocalı soyqırımına həm də poçt markası da həsr olunmuşdur.Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
SonraTədbir iştirakçıları “ Xocalı haraya çağırır bizi ! “, “ Biz hamımız Xocalılıyıq! “, “ Xocalı qanın yerdə qalmayacaq ! “, “ Xocalı soyqırımını unutma! “kimi şüarlar səsləndirdilər.
Sonra Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə,müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti Qarabağ müharibəsi şəhidlərinin məzarları üzərinə tər çiçək dəstələri düzdülər.
Daha sonra tədbir Y.Məmmədov adına Mədəniyyət Mərkəzində şəhidlərin ruhuna həsr olunmuş əbədi –bədii kompozisiya ilə davam etdi.