Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 12 avqust – Beynəlxalq Gənclər Günü münasibəti ilə bayram konserti olmuşdur.

13 avqust 2013 | 10:00

12 avqust  2013-cü  il tarixdə saat 20:00 –da Ağcabədi rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Yeni Azərbaycan Partiyası  Ağcabədi rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə 12 avqust – Beynəlxalq Gənclər Günü münasibəti ilə  bayram konserti olmuşdur.
      Gənclik – insan həyatının ən tez, ən gözəl keçib gedən dövrüdür. Gənclik kəlməsi səslənəndə insanın fikrində coşğunluq, sevinc və həyatın bütün gözəlliklərini əhatə edən bir zaman kəsiyi canlanır.
     Məhz Ağcabədi ictimaiyyəti də Beynəlxalq Gənclər Günündə hər zaman gənclərin ən böyük dəstəkçisi, gənclər siyasətinin əsasını qoyan  Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında gənclik dövrünün işığına  yığışmışdır.
    Rayon Ü. Hacıbəyli adına   “ Qarabağ” Muğam Mərkəzinin gənc ifaçılarının hazırladıqları biri – birindən gözəl və rəngarəng musiqilər bayram gününə xoş ab – hava bəxş etmişdir. Bir – birindən gözəl ifalarla bayram konserti böyük maraqla başa çatmışdır.
  Bayram konsertində 700  nəfər gənc  iştirak  etmişdir.

Keçidlər