Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Tarix – Diyarşunaslıq Muzeyinin elmi işçiləri məktəblərdə olmuş , Xocalı soyqrımının 26-cı ildönümü ilə əlaqədar olaraq mühazirələr oxumuşlar.

19 fevral 2018 | 11:00

Ağcabədi Rayon Tarix – Diyarşunaslıq Muzeyində Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir. 19 fevral 2018-ci il tarixində Ağcabədi şəhər 2 saylı tam orta məktəbin II sinfində və 21 fevral 2018-ci il tarixində Ağcabədi şəhər 8 saylı tam orta məktəbin IV sinfində muzeyin aparıcı elmi işçiləri  R.Qasımova və V.Abdullayev  Xocalı Soyqırımı ilə əlaqədar mühazirələr oxumuş, məlumatlar vermiş, şagirdlərin bu tarixi hadisələri unutmamağa, həmişə qan yaddaşında həkk etməyə çağırmışlar. Daha sonra “Xocalı faciəsi uşaqların gözü” ilə adlı mövzuda fikir mübadiləsi aparılmış, şagirdlərlə xocalı qətliamı mövzusunda suallar verilmiş və cavablandırılmışdır.Həmin siniflərdə şagirdlər tərəfindən Xocalı soyqırımına həsr edilmiş şeirlər, bayatılar söylənmişdir.

Keçidlər