Ağcabədi şəhər 4-saylı tam orta məktəbin müəllim və şagird kollektivi Şəhidlər Xiyabanını ziyərət ediblər.
15 fevral 2018-ci il tarixdə, Ağcabədi rayon S.Vurğun adına şəhər 4-saylı tam orta məktəbin müəllim və şagird kollektivi 26 fevral Xocalı soyqırımı ilə əlaqədar Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanını ziyərət ediblər. Ziyarət zamanı Şəhidlərimizin qəbri üzərinə qərənfillər düzülüb, sonra vətən torpaqları uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Məktəbin direktoru Teymur Qasımov erməni təcavüzkarlarının xalqımızın başına açdıqları müsibətlərdən, insanlığa sığmayan əməllərindən, Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən danışıb.
Biz hər birimiz, bir Azərbaycan vətəndaşı olaraq, Azərbaycan torpaqlarının geri qaytarılması və bütövlüyü üçün çalışmalıyıq.