Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayonu İcra Hakimiyyəti Başçısının rayon ağsaqqalları ilə görüşü olmuşdur.

08 avqust 2013 | 10:00


   07 avqust  2013-cü  il tarixdə saat 11:00 –da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət evində İcra Hakimiyyəti Başçısının rayon ağsaqqalları ilə görüşü olmuşdur.
    Tədbiri Ağcabədi rayonu İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov açaraq  bildirdi ki, ölkəmizin, həyatımızın bütün sahələrində qazanılmış uğurlarımız dövlət başçısının məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, respublikamız son dövrlərdə  yeniləşmiş və günün tələblərinə uyğun şəkildə başdan –başa dəyişilmişdir.. Ulu Öndər Heydər Əliyevin  siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi ulu öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür.
    Əsası  Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş  və möhtərəm Prezidentimiz cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilən  sosial-iqtisadi inkişaf ölkəmizin hər bir bölgəsində olduğu  kimi, Ağcabədi rayonunda da uğurla davam edir.
    Rayon rəhbəri son dövrdə rayonda tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşən Heydər Əliyev meydanında abadlıq işləri aparılmasını, Heydər Əliyev prospektində yerləşən müasir tipli Qonaq evinin və Ü.Hacıbəyli prospektində yerləşən  150 yerlik uşaq bağçasının binasının tikilib başa çatdırılmasını, Olimpia Kompleksinin ,Yeni Azərbaycan Partiyasının inzibati binasının, Gənclər Mərkəzinin və digər obyektlərin tikintisinin davam etdirilməsini  qeyd etmişdir.
    Rayon rəhbəri çıxışının sonunda bildirdi ki, 2013- cü ilin Prezident seçkiləri ilidir. Biz ağcabədililər həmişə  olduğu kimi, bu ildə də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz  İlham Əliyev dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı  İlham Əliyevə səs verəcəyik.
    Görüşdə çıxış edən ağsaqqallar hər zaman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirdilər. Həmçinin Prezident seçkilərində rayonun bütün əhalisi adından bəyan etdilər ki, həmişə  olduğu kimi, bu ildə də Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı cənab Prezidentimiz  İlham Əliyevi dəstəkləməklə, Azərbaycanın xoşbəxt gələcəyinin qarantı  İlham Əliyevə səs verəcəyik .   
. Görüşdə Şənlik kənd inzibati ərazi dairəsi üzrə nümatəndəsi Behbudov Qəşəm İsa oğluna Azərbaycan Respublikası Prezidentinin  müvafiq sərəncamı ilə verilmiş “ Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunmuşdur.
   Görüşdə rayonun şəhər, qəsəbə və kəndlərindən  350  nəfər  ağsaqqal  iştirak etmişdir .

Keçidlər