Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir.

14 fevral 2018 | 11:00

Yeni ailə quran gənclərin nikahlarının Ağcabədi rayon Heydər Əliyev Mərkəzində bağlanması artıq ənənə halını alıb. Belə cütlüklərin sayı da günü - gündən artmaqdadır.
    14 fevral 2018-ci il tarixdə Ağdam rayon Mərzili kənd sakini 31.01.1992 –ci il təvəllüdlü Məmmədov İsmət Valeh oğlu ilə Ağcabədi şəhər sakini 02.09.1999-cu il təvəllüdlü Rzayeva Nərmin Bayram qızının nikaha daxilolma mərasimi keçirilmişdir.
    Öncə ailə quran gənc cütlük Ağcabədi Rayon Heydər Əliyev Meydanında Ulu Öndərin əzəmətli abidəsini ziyarət etmiş, önünə tər çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
  Daha sonra gənclərin nigaha daxil olma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Gənc cütlük öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzdəki büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər.
    Sonra nikah aktının imzalanması mərasimi olmuşdur.
    Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir

Keçidlər