Ağcabədidə kütləvi tibbi müayinəyə başlanıldı
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, fevralın 10-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi dispanserizasiyası uğurla həyata keçirilir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəhbər Əzizov bildirib ki, tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Qrafikə əsasən, ilk olaraq idarə və müəssisələrin kollektivləri müayinədən keçirilir.
Yaxın günlərdə yüksəkixtisaslı mütəxəssislərdən ibarət 8 həkim briqadası tərəfindən rayonun qəsəbə və kəndlərində də əhalinin tibbi müayinəsinə başlanılacaqdır.
Prezident İlham Əliyevin Azərbaycanın hər bir vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır. Müayinədən keçən rayon sakinləri vətəndaşların sağlamlıqlarının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər