Ağcabədi rayonu uğurla inkişaf edir
13 fevral 2018 | 11:00
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”ndan irəli gələn tələblərin yerinə yetirilməsi ilə əlaqədar 2017-ci il ərzində rayon ərazisində sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması məqsədilə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq 20 müxtəlif təyinatlı obyektin tikintisinə sərəncam verilmiş və tikinti işlərinə başlanılmışdır.