Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs Ramazan bayramı münasibəti ilə Ağcabədi rayonunda iftar süfrəsi açılmışdır.

31 iyul 2013 | 10:00

 30 iyul  2013-cü  il tarixdə saat 21:25 –də Müqəddəs Ramazan bayramı münasibəti ilə Ağcabədi şəhəri “ Kral “ Şadlıq sarayında  iftar süfrəsi açılmışdır.
     Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov müsəlman aləminin müqəddəs bayramı olan Ramazan bayramı münasibəti ilə hər kəsi təbrik etmiş və bildirmişdir ki, Ulu Yaradan bu müqəddəs ayda hər kəsin diləklərini qəbul etsin, ölkəmiz, dövlətimiz, xalqımız üçün xeyirli niyyətlərin hasil ili olsun. Rayon rəhbəri  qeyd etdi ki, Ramazan ayında müsəlmanlar həmrəyliyi möhkəmlədir, mənəvi dünyalarını daha da zənginləşdirirlər. Azərbaycan xalqı da, o cümlədən ağcabədililər də  bütün dövrlərdə Ramazan ayının mənəvi üstünlüklərini yaşadaraq, həmişə yüksək dəyərlərə sədaqət göstəriblər.İnsanların mənəvi tərbiyəsi sahəsində Ramazan ayının mühüm rolu olmuşdur. Orucluq bayramı xeyirxahlıq, paklıq və Allaha inam və sevgi bayramıdır. İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı öz əksini tapır.
    Çıxışının sonunda rayon rəhbəri bütün müsəlmanların bayramını bir daha təbrik etdi və bildirdi ki, bu il bizi gözləyən  çətin və məsuliyyətli sınaqdan Tanrının köməyi ilə qalib çıxacayıq, bizdən heç zaman diqqət və qayğısını əsirgəməyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının həmişə olduğu kimi, bu gün də  düşünülmüş , uzaqgörən siyasətinin  dəstəkçisi  olduğumuzu birmənalı sübut  etdirəcəyik.
    Rayon ağsaqqalı Əlizadə Nəcəfov  və dindar  Hacı Mirələm çıxış edərək iftar süfrəsini təşkili və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirdilər. Həmçinin Prezident seçkilərində rayonun bütün əhalisi adından bəyan etdilər ki, onlar yalnız Ulu Öndərin varisi İlham Əliyevə səs verəcəklər.
Daha sonra rayonun axundu Mərdan Rzayev  “Qurani-Kərim”dən ayələr oxuyub, arzu və niyyətləri ifadə edən dualar səsləndirmiş və Ramazan ayının fəzilətlərindən bəhs etmişdir.
   İftar süfrəsində  400  nəfər  iştirak etmişdir .

Keçidlər