Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Gənclər Günü qeyd olunmuşdur.

01 fevral 2018 | 11:00

1 fevral  2018 - ci  il tarixdə saat 11:00 -da  Ağcabədi rayonunda  " 02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
    Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etmişdilər.
    Daha sonra tədbir Qızılsaray şadlıq evində   davam etdirilmişdir.
Tədbir açıq elan edilərək, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
    Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev məruzə ilə çıxış etmişdir. 
     Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin  Başçısı  Şahin Məmmədov  2 Fevral - Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafı, qorunması üçün hər zaman vətənə layiqli vətəndaş olmağı arzulamışdır. Rayon rəhbəri  bildirdi ki, bu gün 2 fevral ümumrespublika Gənclər günüdür. Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 01 fevral 1997- ci ildə təsdiq olunmuş Fərman ilə əsası qoyulan bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur ki, indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Hər zaman Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün həmin diqqət və qayğı Heydər Əliyev ideyalarının layiqli davmçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunun bariz nümunələrindən biri 2011- ci ildə “Azərbaycan Gəncliyi 2011-2015 – ci illərdə “ Dövlət Proqramının təsdiq olunması və həyata keçirilməsi barədə görülən işlərdir. Rayon rəhbəri  bir daha gəncləri təbrik etmiş, onlara ictimai –siyasi fəaliyyətlərində uğurlar arzulamışdır.
    "02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə beynəlxalq və respublika yarışlarında qalib gəlmiş gənclərə və rayonun ictimai-siyasi həyatında fəal iştirakı ilə fərqlənən bir qrup gəncə Rayon İcra Hakimiyyəti tərəfindən  fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.
   Yekunda Ağcabədi Regional Mədəniyyət və Turizm şöbəsinin gənc istedadlıların iştirakı ilə hazırladıqları əyləncəli konsert proqramı nümayiş etdirilmişdir.
Tədbirdə 350 nəfər iştirak etmişdir.

Keçidlər